Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2019 15:33
Bakı. İlhamə İsabalayeva - Trend:
Oktyabrın birinci ongünlüyündə “Ali təhsil haqqında” yeni qanun layihəsinin müzakirəsi keçiriləcək.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxış edən komitə sədri İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, komitə üçün payız sessiyasında əsas iş “Ali təhsil haqqında” qanun layihəsini müzakirə etmək olacaq: “Bununla biz “Təhsil haqqında” qanundakı bütün təhsil səviyyələri üzrə ayrıca qanun hazırlamış olacağıq. Komitə üçün ötənilki ən böyük nailiyyət “Ümumtəhsil haqqında” qanunun qəbulu ilə bağlı olub”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin