Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2022 16:54
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Al Səudla görüşüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna XİN başçısı "Twitter"də bildirib.
Kuleba deyib ki, Ukrayna ilə Səudiyyə Ərəbistanı dost və tərəfdaş ölkələrdir.
"Görüş zamanı Ukraynanın ərəb və Afrika ölkələrinə ərzaq ixracatının blokadadan çıxarılması yolları müzakirə olundu. Səudiyyə Ərəbistanı Krallığı bunda mühüm rol oynaya bilər. Mən Səudiyyə Ərəbistanından yanacaq böhranımızı həll etməkdə bizə kömək etməsini xahiş etdim", - Ukrayna xarici işlər naziri qeyd edib.