Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2022 12:46
Rusiya İstintaq Komitəsi Novosibirskdə yol polis əməkdaşı Aleksandr Qusevin saxlanılan zaman 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirməsi ilə bağlı işi bağlayıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, polisin əməllərində cinayət tərkibi aşkar edilmədiyi bildirilir.
Qeyd edək ki, 2021-ci il mayın 28-də Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Bu zaman sürücü şəxsiyyətinin müəyyən olunması üçün polisin xidməti avtomobilinə tərəf aparılıb.
Sərnişinlərdən biri - 19 yaşlı Vəkil Abdullayev isə polisə müqavimət göstərməyə başlayıb. Bu zaman Aleksandr Qusev azərbaycanlı gənci tapançadan açılan atəşlə başından yaralayıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və həyatını xilas etmək mümkün olmayıb.