Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2019 09:27
Bakı. Xeyrəddin Nəsirzadə - Trend:
Azərbaycanda qazın güzəştli tariflərlə istehlak limiti artırılıb. Trend-in məlumatına görə, bunu Tarif Şurasının sədri, iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazirin sözlərinə görə, qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetr qazdan 2200 kubmetr qaza qədər artırılıb.
Ş.Mustafayev qeyd edib ki, müvafiq qərar bu gün Tarif Şurasının iclasında qəbul edilib.
Nazir əlavə edib ki, qərar mayın 1-dən qüvvəyə minir.
Ş.Mustafayevin sözlərinə görə, bu humanist addım dövlət başçısının ölkə vətəndaşlarına böyük diqqət və qayğısının daha bir nümunəsidir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin