Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2022 18:52
Ukraynaya gedən könüllülər arasında Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü, deputat Helen Qrantın oğlu Ben Qrant da olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu fakt "İzdanie I" nəşri tərəfindən aşkara çıxarılıb.
Kral Dəniz Qüvvələrinin xüsusi təyinatlı batalyonunda beş illik təcrübəyə malik olan 30 yaşlı Qrant parlamentari Helen Qrantın oğludur. Helen Qrant 12 ildir parlamentdə işləyir və 12 ildir Baş nazir Boris Consonun qızların təhsili üzrə xüsusi nümayəndəsidir.
Nəşrin məlumatına görə, Ben Qrant Ukraynanın şimal-şərqindəki döyüşlər zamanı təsadüfən videoya düşüb. O, təxminən yüz metr məsafədə rus zirehli transportyorunu məhv etməyə cəhd edən britaniyalı və amerikalı döyüşçülərdən ibarət qrupa rəhbərlik edib. Bir anda Qrant tabeliyində olan şəxsə zirehli avtomobilə "Matador" qumbaraatanından atəş açmağı əmr edib.