Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə Suriya ilə sərhəddə təhlükəsizlik dəhlizi yaradacaq

Türkiyə Suriya ilə sərhəddə təhlükəsizlik dəhlizi yaradacaq

Tarix: 30 May 2022 02:06

Türkiyə-Suriya sərhədində 30 km dərinlikdə təhlükəsizlik dəhlizinin yaradılması prosesi yaxın gələcəkdə başa çatdırıla bilər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ərdoğanın sözlərinə görə, bununla PKK üzvlərinin türk uşaqlarını dələduzluq yolu ilə öz sıralarına qatmağa məcbur etmələrinə son qoyulacaq.

Türkiyə Prezidenti qonşu ölkədə yeni əməliyyatın nə vaxt başlaya biləcəyini açıqlamayıb.

Bundan əvvəl Türkiyənin Suriyanın şimalında Tell-Rifat, Ayn əl-Ərəb, Mənbic və Ayn İsa bölgələrini əhatə edəcək yeni hərbi əməliyyata hazırlaşdığı barədə məlumat yayılıb. Əməliyyata 50 minə yaxın Türkiyə hərbçisinin cəlb edilməsi planlaşdırılır.

Milli.Az


Etiketlər:  Türkiyə Suriya ilə sərhəddə təhlükəsizlik dəhlizi yaradacaq


RƏYLƏR