Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abşeronda kişi həyətdə arvadının boğazını kəsib öldürdü - VİDEO - FOTO

Abşeronda kişi həyətdə arvadının boğazını kəsib öldürdü - VİDEO - FOTO

Tarix: 31 May 2022 07:22

Abşeron Gənclər Şəhərciyində qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

1995-ci il təvəllüdlü Rəqsanə Muradova keçmiş əri tərəfindən binanın həyətində bıçaqlanıb. Qadına ümumilikdə 6 bıçaq zərbəsi vurulub.

Yaralı qadın xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, R.Muradova həyat yoldaşından bir neçə ay əvvəl ayrılıb. Onların birgə nigahından iki azyaşlı övladı var. R.Muradovanın keçmiş əri öz bibisi oğlu olub.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisəni törədən şəxs saxlanılıb.

Milli.Az


Etiketlər:  Abşeronda kişi həyətdə arvadının boğazını kəsib öldürdü VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ