Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2022 09:16
Krasnodar diyarında beş məktəbli dördüncü sinif şagirdini zorlamaqda şübhəli bilinir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Onun sözlərinə görə, aprel ayında Poltavskaya kəndində beş yeniyetmə 4-cü sinif şagirdini guya oyun oynamaq adıyla tərk edilmiş binaya aparıblar. Daha sonra məktəblilər qızı tarlaya aparıb, orada zorlayıblar.
Qız hər şeyi anasından gizlətdiyi üçün bir ay ərzində ona qarşı zorakılıq davam edib. Nəticədə qadın baş verənləri digər uşaqlardan öyrənib və polisə ərizə məlumat verib.
Hazırda ümumtəhsil məktəbinin altıncı sinif şagirdi, həmçinin yerli internat məktəbinin yeddinci və üç nəfər doqquzuncu sinif şagirdlərinə qarşı müvafiq maddə ilə cinayət işi başlanıb. Artıq beş yeniyetmədən üçü saxlanılıb.