Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2022 11:32
ABŞ-da Florida ştatının 100 yaşlı sakininə şəxsiyyətini təsdiq edənədək pensiya verilməyəcəyi deyilib.
Sonxeber.net "bizim.media"ya istinadən xəbər verir ki, bu barədə WFLA telekanalı məlumat yayıb.
Federal Kadr Xidmətləri İdarəsində bir qadından hələ ölmədiyini sübut etmək istənilib.
"Departamentdən kimsə deyib: "Allahım, onun 100 yaşı var. Niyə hələ də sağ olduğunu düşünməliyik? - amerikalının qızı bildirib.
Qohumlar sübut kimi notarial qaydada təsdiq edilmiş blankı və qəzetdə dərc edilən fotoşəkili göndəriblər. Lakin bu, ödənişləri bərpa etmək üçün kifayət etməyib.