Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2022 19:10
Xalq artisti Aygün Kazımova "7 özəl" proqramında şou-biznesin ən yaxşı anaları sırasında onu 7-ci pilləyə layiq görən Ayan Babakişiyevaya cavab verib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sosial media hesabında "Qızım" mahnısını paylaşıb və bu sözləri yazıb:
"Mənə çox doğma və yaradıcılığımda xüsusi bir yeri olan əsərdir. Özəl olaraq yenidən sevənlərimin istəyi ilə səsləndirdim".
Qeyd edək ki, A.Babakişiyeva Kazımova barədə bu sözləri səsləndirmişdi:
"Aygün Kazımovanın həyatda ən çox sevdiyi bir şey varsa, o da səhnədir, sənətidir. Mən onu sənət fədaisi bilirəm. Deyərdim ki, İlqarə həm də anasız böyüyüb. Bəlkə səhv bilirəm, amma onu görürəm. İlqarə də müğənnilik fəaliyyətinə başlayanda çalışırdı ki, anasının adı yanında hallanmasın".