Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden Ukraynaya yeni hərbi dəstək paketini açıqlayıb

Bayden Ukraynaya yeni hərbi dəstək paketini açıqlayıb

Tarix: 1 Iyun 2022 22:16

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya yeni müdafiə yardımı paketini açıqlayıb.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə dövlət başçısının Ağ Ev tərəfindən yayılan yazılı bəyanatında deyilir.

"Bu gün mən Ukrayna ordusuna lazımi yardım göstərmək üçün yeni təhlükəsizlik yardımı paketini elan edirəm. Ukrayna üçün əlavə maliyyə vəsaiti Konqresdə iki partiyanın dəstəyi ilə təsdiqlənib. ABŞ Ukraynanı daha çox silahla təchiz edəcək vəziyyətdədir", - ABŞ Prezidenti qeyd edib.

Baydenin sözlərinə görə, növbəti hərbi yardım paketinə qabaqcıl silahlar, o cümlədən HIMARS raket sistemləri daxildir.


Etiketlər:  Bayden Ukraynaya yeni hərbi dəstək paketini açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ