Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ prezidentinə atəş açmış şəxs azadlığa çıxır

ABŞ prezidentinə atəş açmış şəxs azadlığa çıxır

Tarix: 2 Iyun 2022 08:14

ABŞ-ın sabiq prezidenti Ronald Reqana atəş açmış şəxs iyunun 15-dən azadlığa çıxa bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə 1981-ci il martımn 30-da baş verib. Nyu-Yorkda oteldən çıxan prezidentə atılan güllə zirehli avtomobilə dəydikdən sonra sıçrayaraq dövlət başçısının ürək nahiyəsinə dəyib. Hücum zamanı daha 3 nəfər yaralanıb. Mühafizə xidməti hadisəni törədən Con Hanklini tutub.

Hazırda 67 yaşı olan Hankli o zaman məhkəmənin hökmü ilə məcburi psixi müalicəyə cəlb edilib, polisin nəzarətində şəhərdən kənarda yaşamağa göndərilib. Ona reqanın yaxınları ilə danışmaq qadağan edilib.

Məhkəmənin son qərarında göstərilir ki, müalicə nəticəsində onun psixi sağlamlığı qaydasına düşüb və sərbəst hərəkət edə bilər.

Milli.Az


Etiketlər:  ABŞ prezidentinə atəş açmış şəxs azadlığa çıxır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ