Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya BMT rəsmiləri ilə ərzaq böhranını müzakirə etdi

Rusiya BMT rəsmiləri ilə ərzaq böhranını  müzakirə etdi

Tarix: 2 Iyun 2022 23:28

Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Ukrayna limanlarından taxıl daşınmasını müzakirə ediblər.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi açıqlama verib.

Açıqlamada Fomin və Qriffitsin bu gün Moskvada görüşdüyü bildirilib.

Ukraynadan taxıl ixracatındakı problemlərin müzakirə edildiyi görüşdə Fomin Rusiyanın Ukraynanın Qara dənizdəki limanlarını bağlamadığını vurğulayıb.

"Gəmilərin Ukrayna limanlarını tərk edə biləcəyi humanitar dəhliz 2022-ci ilin martından açıqdır", - deyə Fomin qeyd edib.

Qriffitsə Qara dənizdəki limanların minalardan təmizlənməsi üzrə məsuliyyətin Ukraynanın üzərinə düşdüyü bildirilib.

Açıqlamada qida sektorundakı böhranın ABŞ və Qərb ölkələrinin gəmiçilik zəncirlərinə tətbiq etdiyi sanksiyalardan qaynaqlandığı vurğulanıb.


Etiketlər:  Rusiya rəsmiləri ilə ərzaq böhranını müzakirə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ