Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2022 11:52
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qırğızıstanın "Ayıl Bank"nın sədr müavini Maksat Erjanov və İslam Maliyyə Fondunun idarəedici direktoru T.L.Kərimbayev ilə görüşüb.
Agentlikdən Sonxeber.net-a verilən məlumata görə, Misirdə keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində təşkil olunmuş görüşdə KOB-ların maliyyələşdirilməsinə, bu sahədə alternativ maliyyə alətlərinə dair fikir mübadiləsi aparılıb.