Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya şöhrətli ulduz əlil arabasında görüntüləndi - FOTO

Dünya şöhrətli ulduz əlil arabasında görüntüləndi - FOTO

Tarix: 3 Iyun 2022 14:20

Paparazzilər Elton Conu Leypsiq hava limanında əlil arabasında yaxalayıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 75 yaşlı müğənni yorğun və pis vəziyyətdə görüntülənib. 

Ancaq müğənni özü də bəzi səhhətində problemlər olduğunu gizlətmir. 

2019-cu ildə verdiyi müsahibədə hitlərin müəllifi və ifaçısı ayağından aldığı zədə səbəbindən əlil arabasında hərəkət etmək məcburiyyətində qaldığını söyləyib. 

Bir il əvvəl o, ayağındakı ağrılardan şikayətlənirdi.

"Yöndəmsiz şəkildə yıxıldım və o vaxtdan bud nahiyəmdə şiddətli ağrılar hiss edirəm" ,- deyə sənətçi özü haqqında bildirib.

Buna baxmayaraq müğənni sosial şəbəkədə yarımçıq qalan qastrol səfərini davam etdirmək niyyətində olduğunu bildirib. 
Milli.Az


Etiketlər:  Dünya şöhrətli ulduz əlil arabasında görüntüləndi FOTO


RƏYLƏR