Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2022 15:46
Bərdəyə futbol şəhəri demək olmasa da, bu məkan futbolumuzun bir parçası olub. "Pambıqçı" Bərdə və "ABN-Bərdə" Azərbaycan futbol elitası arasında mübarizə aparmağa da imkan tapıb. Təəssüf ki, bu komandalar əksər klublarımızın aldığı zərbədən qaça bilməyib. Maliyyə sıxıntısı bu komandanın da sonunu gətirib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, amma sonu gələn tək komanda deyil. Uzun illərdir ki, Bərdə şəhər stadionu acınacaqlı durumdadır. Bu mənzərə hər gün Bərdəli futbolsevərlərə ürək ağrısı yaşadır. Bir zamanlar yerli azarkeşlərin sevimli məkanı olan bu yer yox olmaq üzrədir desək, yəqin ki, yanılmarıq.
İki tribunalı stadion təxminən 5000 tamaşaçı tutumuna malikdir. Mərkəzdəki azsaylı plastik oturacaqları saymasaq, tribunaların ancaq daşı qalıb.
Stadionun ot örtüyü də baxımsız vəziyyətdədir -ot-alaq basıb. Bir vaxtlar rəsmi və mötəbər şəxslərin əyləşdiyi VİP loja da yararsız durumdadır. Rayon sakinlərinin sözlərinə görə, arenaya əl gəzdirilsə, buranı ölkənin ən gözəl stadionlarından birinə çevirmək olar.
Bərdə şəhər stadionu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının balansındadır.
Sözügedən qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Akif Təvəkküloğlu məsələyə bağlı araşdırma aparılacağını bildirdi.