Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2022 20:12
Müğənni Xatun Əliyeva mərhum qardaşı Balaş haqqında danışıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə o, MTV-də yayımlanan "Mtv Maqazin" verilişinə danışıb.
Ötən həftə mərhum stilist qardaşı Balaşın 39 yaşı tamam olması münasibəti ilə məclis quran Xatun onun yoxluğu ilə hələ də barışa bilmədiyini qeyd edib:
"O elə bir boşluqdur ki, heç zaman dola bilməz. Qardaşım mənim dünyam idi, dünyam dağılıb. Ömrümün sonuna kimi də bu acı mənim içimi yandırıb-yaxacaq. Yaşadığım müddətcə Balaş mənimlə yaşayacaq. Balaş rəhmətə gedəndən sonra rəngim gedib. Heç zaman bir daha gözəl olmayacağam. Çünki qardaşım məni öz yanaşması, bəzəməyi ilə, əzizləməyi ilə, gözəlləşdirirdi".
Qeyd edək ki, Balaş Əliyev ötən il beyin xərçəngindən vəfat edib.