Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2022 21:10
Vəkil Kamran Məhərrəmova Bakı Nəqliyyat Agentliyinin (BNA) kamerası vasitəsilə dayanma-durma qaydalarını pozduğuna görə cərimə yazılıb.
Sonxeber.net e-huquq.az-a istinadən xəbər verir ki, bu barədə büronun müdiri Sübhan Əliyev bildirib.
O deyib ki, vəkil məhkəməyə müraciət edərək, kamera ilə xətanı aşkar edib və cərimə edilmənin qanunsuz olduğunu sübut edib. Bundan sonra məhkəmə də cəriməni ləğv edib.
"Bu işlə bağlı məhkəməyə müraciət etməkdə məqsəd 20 manatın ləğvi yox, BNA tərəfindən kamera vasitəsilə cərimənin yazılmasının qanunsuz olduğunu sübut etməkdir", - deyə vəkil qeyd edib.