Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2022 13:52
Müharibə başlayandan sonra Ukraynada 32 media nümayəndəsi həlak olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Ali Radasının spikerinin birinci müavini Aleksandr Kornienko "Twitter" hesabındakı paylaşımında qeyd edib.
"Ukraynada jurnalistlər günü. Genişmiqyaslı işğal başlayandan bəri 32 media nümayəndəsi həlak olub. Biz həlak olanların xatirəsini ehtiramla yad edirik. Ukraynanı informasiya cəbhəsində müdafiə edənlərin hamısına cəsarət və güc arzu edirik. Fəaliyyətiniz üçün təşəkkür edirik!", - deyə Kornienko qeyd edib.