Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya qoşunları bu kənddən çıxdılar

Rusiya qoşunları bu kənddən çıxdılar

Tarix: 7 Iyun 2022 08:36

Rusiya ordusunun bölmələri Ukraynanın Xerson şəhərindən 30 kilometr məsafədə yerləşən Blaqodatnoye kəndini tərk ediblər.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

"Rus qoşunları Blaqodatnoyeni tərk etdi və kənd Xersona çox yaxındır. Amma bu, təşviş qaçışı deyil, manevrdir. Onlar Xerson istiqamətində, sağ sahil hərbi qruplaşmasını gücləndirdilər", - Arestoviç bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hücumu ilə əlaqədar Rusiyanın bütün hərbçiləri Blaqodatnoyedən Xerson vilayətinin başqa hissəsinə köçürülüb.

Milli.Az


Etiketlər:  Rusiya qoşunları kənddən çıxdılar


RƏYLƏR