Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ankara tələbləri açıqladı: İsveç və Finlandiya...

Ankara tələbləri açıqladı: İsveç və Finlandiya...

Tarix: 8 Iyun 2022 11:38

Ankaranın danışıqları davam etdirdiyi İsveç və Finlandiyadan NATO-ya üzvlüklə bağlı tələbləri bəlli olub.

Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, Türkiyənin tələbləri 10 bənddən ibarətdir.

1. İki ölkədən də PKK, DHKP-C, DEAŞ, FETÖ və onlara bağlı olan terror təşkilatları ilə mübarizədə Türkiyəyə dəstək vermələri istənilib.

2. Bildirilib ki, terror təşkilatlarının müdafiəçisi olan İsveç və Finlandiya terrorizmlə mübarizə üçün lazımi hüquqi tənzimləmə və hüquqi infrastruktur yaratmalıdır.

3. PKK-nın hər iki ölkədə nümayəndəliklərinin bağlanması və açılması cəhdlərinin qarşısı alınmalı olduğu vurğulanıb.

4. İki ölkədə də həyata keçirilən FETÖ fəaliyyətlərinə icazə verilməməsi, əlaqədar internet saytı və media orqanlarının bağlanması tələb edilib.

5. Ekstradisiya, aktivlərin dondurulması və terrorla əlaqəli birliklərin bağlanması ilə bağlı müraciətlərin təmin edilməsi istənilib.

6. İsveç və Finlandiyada terrorla bağlı şəxslərin deportasiyası və ekstradisiya edilməsi tələb edilib.

7. PKK və DHKP-C kimi terror təşkilatlarının bayraq kimi istifadə etdiyi əski parçaları ilə nümayiş keçirməsinə icazə verilməməsi lazım olduğu bildirilib.

8. İki ölkədən Türkiyə ilə kəşfiyyat məlumatlarını paylaşmaları istənilib.

9. Hər iki ölkədən Türkiyəyə qarşı müdafiə sənayesində olan məhdudiyyətlərinin aradan qaldırması istənilib.

10. Həmçinin bildirilib ki, İsveç və Finlandiya NATO-ya üzv olarsa, bu öhdəlikləri yerinə yetirməlidirlər.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 13-də verdiyi açıqlamada İsveç və Finlandiyanın terror təşkilatlarına dəstəyinə görə NATO-ya üzvlüyü məsələsinə müsbət yanaşmadıqlarını bildirib.


Etiketlər:  Ankara tələbləri açıqladı İsveç Finlandiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ