Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hamısı görməmişlikdən irəli gəlir''

''Hamısı görməmişlikdən irəli gəlir''

Tarix: 9 Iyun 2022 19:05

"Müğənnilərdən kimin imkanı var gedib əməliyyat etdirir çıxır. Yoxdursa, ona jest edirlər, reklam qarşılığı olunur. Dostlara jest etmək problem deyil. Amma bunlar hamısı görgüsüzlüklə əlaqədardır".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Lətifə Soyuöz "Tarixin bir günü" proqramında deyib. Sənətçi reklam qarşılığında plastik əməliyyat etdirən sənət adamlarından danışıb.

Lətifə aparıcı Tarix Əliyevin (Tolik) "Müğənnilərin özlərini əlçatmaz kimi göstərməyə çalışmasına necə baxırsan" sualına "Hamısı görməmişlikdən irəli gəlir. İmkansız ola bilərsən, amma insanın qabiliyyəti olmalıdır. Əgər bir insan sonradan görürsə, ağırlığı qəbul edə bilmirsə, pafos başlayır. Bunu çox görmüşük, bəzən elə yerə gəlir ki, heç kimə lazım deyil" cavabını verib.

Müğənni uzun dırnaqlarını tənqid edənlərə də cavab verib:

"Uzun dırnaqlarım var, xüsusi qulluq edirəm. Onlara baxmağı çox sevirəm. Evdə yemək bişirmirəm, bişirən var. Mənə bir vaxtlar "dırnağı çox uzundur" deyənlər indi eynisini edir. Amma onların ustası mənimki qədər ola bilməz. Mənim ustam Ukraynadan gəlib".


Etiketlər:  Hamısı görməmişlikdən irəli gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ