Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin bizi müharibəyə qoşur - Ohanesyan

Putin bizi müharibəyə qoşur - Ohanesyan

Tarix: 9 Iyun 2022 19:38

Ən çətin anında Moskvanın yadına düşdü ki, KTMT də var. Kremldə anladılar ki, bu təşkilatı asanlıqla Ukraynadakı müharibəyə qoşmaq olar.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Samvel Ohanesyan bildirib.

"Rusiyanın "qardaş" xalqına qarşı mübarizəsi getdikcə çətinləşir. Moskva bu müharibəyə buryatları, çeçenlərı-kadırovçuları, hətta muzdluları belə çağırır. Bu, ona görə baş verir ki, ruslar müharibəyə getməyə meyil etmirlər. Gənclər internetə daha çox baxırlar və "Roskomnadzor"un bloklarına baxmayaraq, bir çox həqiqi məlumatları ala bilirlər. İnternetdə isə, "təəssüf ki" Kreml üçün heç də həmişə Putinin ürəyincə olan məlumatlar yayılmır. Ordunu dolduracaq heç kim yoxdur, çünki rusların mövcud demoqrafik mənzərəsini hamı yaxşı bilir. "Qadınlar hələ də uşaq doğur" ifadəsi əhəmiyyətini itirir, çünki qadınlar müdrikləşiblər, uşaqlarını Putinin "sülhün mühafizəsi", "xüsusi əməliyyatları" və ATO-larının yeminə çevirmək istəmirlər", - erməni ekspert bildirib.

Onun sözlərinə görə, bu anda Moskvanın yadına KTMT düşdü: "Ah, bizdə hələ də KTMT var!"

"Və bu təşkilatın "xüsusi əməliyyat"da istifadə oluna biləcəyinə dair ilk işarə artıq səsləndi. İndi belə çıxır ki, ermənilər və orta asiyalılar ukraynalılara atəş açacaqlar", - Ovanesyan bildirib.

Milli.Az


Etiketlər:  Putin bizi müharibəyə qoşur Ohanesyan


RƏYLƏR