Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkmənistan ilk ''Aurus''u əldə etdi

Türkmənistan ilk ''Aurus''u əldə etdi

Tarix: 11 Iyun 2022 08:42

Türkmənistan Respublikası ilk dəfə "Aurus" avtomobilini əldə edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, Rusiyada rəsmi səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov sözügedən avtomobildən istifadə edib.

"Türkmənistan ilk "Aurus Senat Limuzin" avtomobilini alıb. Türkmənistan prezidenti Rusiyaya səfəri çərçivəsində məhz onunla hərəkət edib. Bu tip avtomobillər dünyada ən yüksək ballistik mühafizə səviyyəsinə malikdir və ən təhlükəsiz nəqliyyat vasitəsi sayılır", - deyə bildirilib.

Qeyd edək ki, hazırda Rusiya Prezidenti Vladimir Putin, eləcə də digər hökumət üzvləri "Aurus Senat"dan istifadə edir.


Etiketlər:  Türkmənistan Aurusu əldə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ