Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2022 10:38
Deputat Şailoobek Atazov Qırğızıstan parlamentinin iclasında əri və valideynləri olmayan 18-20 yaşlı qızların xaricə səyahətinə qanuni məhdudiyyət qoyulmasını təklif edib.
Sonxeber.net-ın moderator.az-a istinadla verdiyi xəbərdə deyilir ki, deputat öz fikrini "kəskin miqrasiya problemləri" ilə əsaslandırıb.
"Miqrasiyaya cavabdeh olan dövlət qurumları parlamentin komitə iclasında lazımi məlumatları versinlər. Biz bu sahədə qanunlara baxmalıyıq", - deyə Atazov bildirib.
Xəbərdə oxşar təşəbbüslərin əvvəllər də Qırğızıstan parlamentində səsləndirildiyi bildirilir.