Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2022 14:36
Ukraynalı hərbi ekspert, polkovnik Oleq Jdanov Polşa, Böyük Britaniya, ABŞ və İsraildən olan özəl hərbi şirkətlərin Rusiya ilə müharibə üçün Ukraynaya gizli dəvət olunacağını tamamilə mümkün hesab edir.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, o, bu barədə jurnalist Dmitri Qordona müsahibəsində deyib.
Jurnalistin "Qərb texnikası ilə döyüşməyi bacaran özəl hərbi şirkətlər ölkəmizə dəvət oluna bilərmi?" sualına Jdanov "bu, tamamilə mümkündür", - deyə cavab verib.
O, vurğulayıb ki, özəl hərbi şirkətlər Ukraynaya dəvət olunsa, bu, heç yerdə nümayiş olunmayacaq. "Çox güman ki, əks-hücum əməliyyatı mərhələsində özəl hərbi şirkətlərdən istifadə mümkündür. Amma yenə də "gizli" başlığı altında və heç kim onu yaymayacaq", - polkovnik bildirib.