Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni qrupu: Qarabağ erməniləri ölməlidir

Erməni qrupu: Qarabağ erməniləri ölməlidir

Tarix: 14 Iyun 2022 07:45

Bu gün Ermənistanda cəmiyyət arasında təhlükəli bir vəziyyət yaranıb. Ermənistanda yaşayan ermənilər Qarabağ erməniləri ilə dil tapa bilmir. Ermənistanda məskunlaşan Qarabağ erməniləri təzyiqlərlə üz-üzədirlər. Bu, sosial şəbəkələrdə özünü daha qabarıq göstərir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu günlərdə "Azadlıq" radiosunun İrəvanda keçirilən müxalifət aksiyaları ilə bağlı yaydığı xəbərə erməni sosial şəbəkə istifadəçilərinin şərhləri bu faktı bir daha təsdiqləyib.

Onlardan bəzilərinin şərhini təqdim edirik:

ABŞ-dan Anait Muradyan adlı istifadəçinin cavabı: "Axı siz hamınız yaxşı bilirsiniz ki, Qarabağ nə mənə, nə də sizə lazımdır. Qarabağ gec-tez qaytarılmalı idi".

Ukraynada yaşayan erməni - Anya Vatsenko: "Bizim ordumuz yox idi. Ona görə də Qarabağı itirdik. Əvəzində hökuməti öz xalqından qoruyan yaxşı hazırlanmış qalxanlı polislərimiz var".

Zara Sərkisyan: "Serj günahkardır. 2018-ci ildə o, Nikolun indi atdığı atdımı atmalı idi. Bilin ki, bir müddət sonra Qarabağ erməniləri sizin evlərinizdə yaşayacaq. Onlardan yaxa qurtarmalıyıq. Qarabağ erməniləri ölməlidir".

Alla Jamkoyan: "Qarabağ erməniləri müharibə zamanı İrəvana qaçdılar. Bizim uşaqlar isə orada ölürdülər. Qarabağ erməniləri vicdansız və həyasızdırlar".


Etiketlər:  Erməni qrupu Qarabağ erməniləri ölməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ