Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimizin qələbəsindən FOTOlar

Millimizin qələbəsindən FOTOlar

Tarix: 14 Iyun 2022 07:46

Azərbaycan millisi Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb. 

Qol.az xəbər verir ki, yığmamız 4-cü turda Belarusla doğma meydanda qarşılaşıb. "Dalğa Arena"da keçirilən görüş millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycanın qollarını 76-cı dəqiqədə Mahir Emreli və 90+3-cü dəqiqədə Ramil Şeydayev vurublar. Beləliklə, millimiz qrupda ilk qələbəsini qazanıb.

Komandalar arasında 1 həftə əvvəl oynanılan ilk matç 0:0 hesabı ilə yekunlaşıb. 

Qrupun digər qarşılaşmasında isə lider Qazaxıstan Slovakiyanı 2:1 hesabı ilə məğlub edib.

Millətlər Liqası, 4-cü tur

C Liqası

3-cü qrup

20:00. Azərbaycan - Belarus - 2:0

Qollar: Mahir Emreli, 76, Ramil Şeydayev, 90+3

Hakimlər: Anastasios Papapetru, Trifon Petropulos, İordanis Aptosoqlu, Georgios Tsovaras (Yunanıstan)

"Dalğa Arena".

Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda keçirilən Azərbaycan - Belarus oyunundan (2:0) şəkilləri  təqdim edirik.


Etiketlər:  Millimizin qələbəsindən FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ