Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhər yeməyinin tərk edilməsi təhlükəli ola bilər

Səhər yeməyinin tərk edilməsi təhlükəli ola bilər

Tarix: 14 Iyun 2022 08:36

Ohayo Dövlət Universitetindən olan alimlər səhər yeməyini yeməyən insanların təhlükəli fenomen riski ilə qarşılaşa biləcəyi barədə xəbərdarlıq edib.

Mütəxəssislər 2005-2016 illər arası Milli Sağlamlıq və Qidalanma Müayinəsi tətqiqatına qatılan 19 yaş və yuxarı 30.889 amerikalı haqqında məlumatları araşdırıb.

"Deyerler.org"un lenta.ru-ya istinadən verdiyi xəbərə görə, təcrübə çərçivəsində könüllülər gecə-gündüz qidalanma barədə hesabatlar tərtib etməli olub.

Alimmlər iştirakçıların 15,2%-nin və ya 4924 nəfərin səhər yeməyindən imtina etdiklərini aşkar edib. Mütəxəssislər qida qəbuluna dair məlumatlara əsaslanaraq, bir nəfər üçün təxmini qida sayını hesablayıb.

Nəticələri ABŞ Milli Elmlər Akademiyasının Qida və Qidalanma Şurasının tövsiyələri ilə müqayisə edilib.

Tədqiqatçılar səhər yeməyini tərk edənlərin vitamin qəbulunun digər könüllülərə nisbətən daha az olduğunu qeyd edib.

Ən əhəmiyyətli fərq folik turşusu, kalsium, dəmir və B2, B3, C və D vitaminlərinin miqdarında olub.


Etiketlər:  Səhər yeməyinin tərk edilməsi təhlükəli bilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR