Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldodan həssas açıqlama

Ronaldodan həssas açıqlama

Tarix: 19 Sentyabr 2019 13:40

Portuqaliya millisinin və “Yuventus”un hücumçusu Kritştiano Ronaldo uşaqlıq həyatı haqda danışıb.

Qol.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, o, bu zaman həssas məqamlara toxunub. Ronaldo deyib: “11-12 yaşım olanda ailəmizin pulu yox idi. Biz - mən və “Sportinq”in digər yetirmələri bir yerdə yaşayırdıq. Ailəmi ayda üç dəfə görüdüm. Bu, çox çətin idi. Gecə saat 22.30-23.00 arasında biz acırdıq. Stadionumuzun yanında isə “Makdonalds” vardı. Biz oranın qapısını döyüb soruşurduq: “Sizdə hansısa burger var?” Orada həmişə Edna adında bir qadın və iki qız olurdu.  Bizə pulsuz burger verirdilər.

Mən daha sonra onları heç vaxt görmədim. Portuqaliyada olanda onları axtardım. Amma həmin “Makdonalds” artıq bağlanmışdı. Ümid edirəm ki, bu müsahibə vasitəsi ilə onları taparam. Belə olsa çox sevinərəm. Onları Turinə, yaxud Lissabona dəvət etmək və birgə yemək yemək istəyirəm. İstəyirəm ki, qismən olsa belə, öz borcumu qaytarım”.

 


Etiketlər:  Ronaldodan həssas açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ