Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2022 08:36
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenin Rusiyanın müharibəyə hazırlaşması ilə bağlı ABŞ kəşfiyyatının əldə etdiyi məlumatları eşitmək istəmədiyi və Ukraynanın tələblərinin yerinə yetirilmədiyi barədə sözlərinə cavab verib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, Zelenski bu haqda Almaniyanın ZDF telekanalına müsahibəsində danışıb.
"Ukrayna tərəfi sual verməlidir və bu sual həm Avropanın bir çox dövlət başçılarına, həm də ABŞ Prezidentinə ünvanlanmalıdır. Ukrayna Prezidenti kimi məni əvvəlcədən dinləsəydilər, ədalətli olardı. Kaş ki, xəbərdarlıq etdiyimizi eşitsəydilər", - o ABŞ Prezidenti Co Baydenin sözlərini xatırladaraq deyib.
"Qara dənizlə bağlı strategiyamızın təqdimatı, tərəfdaş ölkə ilə Qara dəniz donanmasının yaradılmasıdır. Biz bunu təklif etmişdik. Rusiyanın Qara dənizi bağlayacağını söylədik", Prezident vurğulayıb.
Zelenski raket proqramı haqqında da danışdıqlarını qeyd edib:
"Mən bunu bir il əvvəl dilə gətirdim və özümüzü qorumaq üçün hansı hava hücumundan müdafiəyə ehtiyacımız olduğu ilə bağlı proqramı təqdim etdim. Sualınıza düzgün cavab budur".