Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2022 20:30
Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ölkə rəhbərliyinə qarşı hazırlanan terror aktının qarşısını alıblar.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müavini Yevgeni Yenin məlumat verib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları mülki əhalidən müxtəlif şübhəli şəxslər haqqında məlumat alır və bu, əks-təxribat fəaliyyətinin həyata keçirilməsinə kömək edir.
"Və məhz əməliyyat mənbələrimizdən alınan məlumatlar sayəsində biz dövlətimizin rəhbərliyinə qarşı terror aktının qarşısını ala bildik. Qələbədən sonra isə bu barədə daha çox şey söyləmək olar", - deyə Yenin bildirib.
Xatırladaq ki, bir müddət öncə "The Times" nəşri Rusiyanın genişmiqyaslı hərbi müdaxilənin başlamasından sonra Ukrayna prezidenti Volodimir Zelenskiyə üç sui-qəsd cəhdindən bəhs edib.