Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden Zelenskiyə zəng etdi

Bayden Zelenskiyə zəng etdi

Tarix: 15 Iyun 2022 21:48

ABŞ Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketi ayırır.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Ukrayna lideri Volodimir Zelenskiyə zəng edərək şəxsən məlumat verib.

ABŞ-ın yeni hərbi yardım paketinə əlavə artilleriya, sahil müdafiə silahları, qabaqcıl raket sistemləri üçün sursat daxildir.

Bundan əlavə, Bayden 225 milyon dollarlıq humanitar yardım paketini açıqlayıb. Vəsaitlər ukraynalıları qida, mənzil və əsas ehtiyaclarla təmin etmək üçün istifadə olunacaq.

Xatırladaq ki, bu gün ABŞ-ın sədrliyi ilə Ukraynaya hərbi yardımla bağlı "Ramşteyn" formatında üçüncü görüş başlayıb.

Milli.Az


Etiketlər:  Bayden Zelenskiyə zəng etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ