Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2022 18:05
Xalq artisti Röya Ayxan yeni açıqlaması ilə gündəmə gəlib.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, sənətçi prestijli "Nərgiz" jurnalına müsahibəsi zamanı 13 sualı cavablandırıb. Xalq artisti "İlk işiniz nə olub?" sualına "Məktəbdə katibə işləmişəm" deyə cavab verib:
"İlk dəfə məktəbdə katibə işləmişəm. Çünki vəziyyətimiz yaxşı deyildi. Anam müəllim idi, direktordan xahiş etdi ki, işləyim. Mən çap makinasında yaxşı yaza bilirdim. Xəstələnən uşaqlara arayış verirdim".
Sənətçi müsahibəsi zamanı şöhrəti, bahalı və lüks həyat tərzini sevdiyini də etiraf edib.