Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2022 21:40
Ukraynada daha iki siyasi partiyanın fəaliyyəti dayandırılıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Səkkizinci İnzibati Apellyasiya Məhkəməsinin qərarı ilə "Sol Müxalifət" və "Şariynin Partiyası" siyasi partiyalarının fəaliyyəti qadağan edilib.
Hazırda Səkkizinci İnzibati Məhkəmədə 16 işə baxılır, bu işlərlə bağlı artıq 9 qərar çıxarılıb.
Daha əvvəl bu məhkəmənin qərarları ilə "Müxalifət Bloku", Sosialist Partiyası, "Naşi", "Sosialistlər" Partiyası, "Vladimir Saldo" Bloku, "Derjava" Partiyası, Ədalət və İnkişaf Partiyasının fəaliyyəti qadağan edilib.