Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağdakı ermənilər mobil xidmətdən də məhrum oldu

Qarabağdakı ermənilər mobil xidmətdən də  məhrum oldu

Tarix: 16 Iyun 2022 21:56

Ermənistanın ən böyük mobil xidmət operatoru "Viva-MTS" Qarabağdakı ermənilər üçün xidməti dayandırır.

Bu barədə hazırda Ermənistanda 2 milyon abonentə mobil operator xidmətini göstərən "Viva-MTS" şirkəti məlumat yayıb.

"İyulun 1-dən Qarabağda yaşayan ermənilər yalnız rouminq çərçivəsində mobil operatorun xidmətindən istifadə edə biləcəklər" - "Viva-MTS"in məlumatında qeyd olunur.

"Viva-MTS" rouminq xidmətinin tarifləri barədə əlavə olaraq məlumatın veriləcəyini də qeyd edib.

Milli.Az


Etiketlər:  Qarabağdakı ermənilər mobil xidmətdən məhrum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ