Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2022 07:18
Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edib.
Sonxeber.net "report"a istinadən bildirir ki, ermənilər Parisdə "Qarabağa aparan yol" filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar.
Onlar Şuşa, o cümlədən, Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər. Təxribatçılar Fransanın "Qarabağa aparan yol" filminin çəkilişini və nümayişini təşkil etmiş "Ere TV" kanalına etirazlarını bildiriblər.
Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb. Polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb.