Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2019 18:04
Azərbaycanın qadın güləşçisi Elis Manolova (65 kq) Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
Qol.az xəbər verir ki, idmançımız Bolqarıstan təmsilçisi Yuliana Vasileva ilə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn Manolova bürünc medal qazanıb.
Qeyd edək ki, buna qədər Azərbaycan təmsilçilərindən Mariya Stadnik (50 kq) qızıl, Yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal qazanıb.