Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Avroviziya” ulduzları Ukraynaya kömək etmək üçün bir araya gələcək

“Avroviziya” ulduzları Ukraynaya kömək etmək üçün bir araya gələcək

Tarix: 18 Iyun 2022 06:22

İyunun 21-də "Avroviziya" ulduzları Ukraynaya kömək etmək üçün bir araya gələcək.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, belə ki, Amsterdamda "Embrace Ukraine- #StrivingTogether" telemarafonu keçiriləcək.

Layihənin iştirakçıları "Avroviziya"nın 2013, 2014 illərinin qalibləri, həmçinin 2021 və 2022-ci illərdə müsabiqənin iştirakçıları olacaq.

Tədbirə müsabiqənin ukraynalı qalibləri  - "Kaluş Orkestri", Jamala və Ruslana da qatılacaq. Tamaşaçıları həmçinin Verka Serduçkanın çıxışı gözləyir.

Məlumatlara görə, tamaşaçılar üçün "Russia, Goodbye" adlı Avropa mahnısının yeni versiyası hazırlanır.


Etiketlər:  Avroviziya ulduzları Ukraynaya kömək etmək üçün araya gələcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ