Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kayrat''ın hücumçusu Azərbaycan klubu ilə anlaşdı

''Kayrat''ın hücumçusu Azərbaycan klubu ilə anlaşdı

Tarix: 19 Iyun 2022 15:24

"Araz-Naxçıvan" yay transfer pəncərəsində iki önəmli transfer həyata keçirməyə hazırlaşır. 

Milli.Az Fanat.az-a istinadən bildirir ki, onlardan biri qapıçı, digəri hücumçudur. 

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli köhnə-yeni komandasına dönməyə prinsipial razılığını verib. Düzdür, Rusiyanın "Torpedo" komandasında legioner həyatı uğurlu alınmayan Hüseynli üçün Qazaxıstan variantı da var. Ancaq o, böyük ehtimalla "Araz-Naxçıvan"la anlaşacaq. 

Çempion komanda Maneko və Murilyo ilə yollarını ayırıb ki, onların əvəzinə tanınmış futzalçı cəlb olunacaq. Əldə etdiyimiz məlumata görə, naxçıvanlılar "Kayrat"ın stolbası Vitaoyla böyük ölçüdə anlaşıb. Tam adı Viktor Uqo olan braziliyalı ötən ilin mayında "Aktobe"dən "Kayrat"a keçib. O, Qazaxıstanda 2021/2022 mövsümündə vurulan 1000-ci qolun müəllifi kimi yadda qalıb. 

Vitao ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. 

Milli.Az


Etiketlər:  Kayratın hücumçusu Azərbaycan klubu ilə anlaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ