Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2022 18:35
"Neçə dəfə iş yeri dəyişmişəm. Amma reytinqim düşməyib".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı instaqramda canlı yayımda deyib. O, bir neçə dəfə iş yerini dəyişsə də verilişinin reytinqini itirmədiyini söyləyib:
"Bu, hər aparıcıya nəsib olmayan bir şeydir: iş yerini dəyişəsən, eyni reytinq, inam və sevgi. Oğul deyirəm ki, getsin iş yerini dəyişsin və bu, reytinqi saxlasın. Görüm saxlaya bilər? Yox, mümkün deyil. Xoşbəxtəm..."
Qeyd edək ki, Hidayətqızının "Səni axtarıram" proqramı hazırda ARB kanalında yayımlanır.