Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2022 22:56
"İndi etiraf etmək vaxtıdır ki, Ukrayna, Moldova və Gürcüstanın gələcəyi Avropa İttifaqı daxilindədir".
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tvitter hesabında yaydığı videomüraciətində deyib.
Onun sözlərinə görə, bir neçə gündən sonra Aİ-nin 27 lideri Brüsseldə görüşəcək: "Bu, mühüm görüş olacaq. Biz həlledici qərar qəbul etməli olacağıq. İnanıram ki, Ukrayna, Moldova və Gürcüstanın Avropa perspektivinin tanınmasının zamanıdır. Bu üç ölkənin və xalqın gələcəyi Aİ-nin daxilindədir".
Qeyd edək ki, iyunun 23-24-də Brüsseldə Aİ-nin sammiti keçiriləcək. Toplantıda Ukrayna, Moldova və Gürcüstana Aİ-yə üzvlüyə namizəd statusu verilməsi ilə bağlı yekun qərar qəbul olunacaq. Avropa Komissiyasının iyunun 17-də açıqlanan rəyinə əsasən, Ukrayna və Moldovaya bu statusun verilməsi tövsiyə edilib, Gürcüstana isə məsələ ilə bağlı mənfi rəy verilib.