Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Anam məni yoldaşıma qısqanırdı'' - Əməkdar artist

''Anam məni yoldaşıma qısqanırdı'' - Əməkdar artist

Tarix: 21 Iyun 2022 11:15

"Anam məni yoldaşıma qısqanırdı, bunu bilirdim. Özü də anamın seçdiyi qız idi. Həyat yoldaşımı nişan günü görmüşəm. Çünki anamın halallığını almaq üçün ona həvalə etdim".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vahid Əliyev "Təsir dairəsi" verilişində deyib. Aktyor boşanmaya səbəb olan nüanslardan danışıb:

"Bir gün anam qısqanclığından yoldaşımla səsini yüksəldərək danışdı. Qısqandığını hərəkətlərindən hiss edirdim. Anama dedim ki, yerimdə oturmuşdum, niyə məni evləndirdin? Dedi ki, evləndirdim, kişi olasan. Dedim, kişilik etmək istiyirsənsə, bu yoldaşım, mən getdim. Sən yoldaşlıq edərsən. Allahdan sonra ikinci istədiyim varlıq sənsən. Başa düşmədim, icazə ver, ailə sahibi olum. İndi çoxları anasının ətəyindən tutur, kişi ola bilmirlər. Ailələrin çoxu ona görə dağılır ki, qadın həyat yoldaşının ona arxa olacağını düşünür. Amma görəndəki onun sözündə kəsər yoxdur, artıq həyat yoldaşından soyuyur".


Etiketlər:  Anam məni yoldaşıma qısqanırdı Əməkdar artist


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ