Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə hotelində Rusiyanın xəbər kanallarının yayımı dayandırılıb

Türkiyə hotelində Rusiyanın xəbər kanallarının yayımı dayandırılıb

Tarix: 21 Iyun 2022 16:14

Rusiyanın TourDom.ru saytının oxucusu Yelizaveta redaktorlara bu yaxınlarda Kəmər yaxınlığındakı "Zena Resort" hotelində baş vermiş insidentdən danışıb. Xanımın sözlərinə görə, onun hotelə gəldiyindən iki gün sonra burada "Rossiya-24" və "RTR Planeta" kimi xəbər kanallarının yayımı dayandırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hotelin meneceri bunun sanksiyalarla bağlı olduğunu deyib.

Həmçinin, Yelizaveta hoteldə Polşa, Slovakiya və Ukraynadan çoxlu turistlərin olduğunu və onlarla rusiyalı qonaqlar arasında heç bir insidentin baş vermədiyini bildirib.

Milli.Az


Etiketlər:  Türkiyə hotelində Rusiyanın xəbər kanallarının yayımı dayandırılıb


RƏYLƏR