Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2022 23:36
Türkiyənin müdafiə naziri Hulusi Akar ingiltərəli həmkarı Ben Uolleslə görüşündə BMT, Rusiya, Ukrayna və Türkiyənin iştirakı ilə həlli gözlənilən "taxıl dəhlizi" məsələsindən danışıb.
O, bu fəaliyyətin İstanbulda qurulacaq əməliyyat mərkəzi vasitəsilə təhlükəsiz şəkildə həyata keçiriləcəyini bildirib.
"İstanbulda qurulacaq əməliyyat mərkəzindən bu fəaliyyətin təhlükəsiz və problemsiz idarə olunması mövzusunda ümumi fikir birliyi var", - deyə nazir qeyd edib.