Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2019 12:33
Bakı. Trend:
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ - 21065" markalı avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama nəticəsində avtomobilin ön sağ və sol tərəflərinin üst hissəsindəki qanadların arxasında olan boşluqlarda gömrük nəzarətindən gizlədilən 4060 kapsul "Samyun Wan" adlı dərman preparatı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin