Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2019 14:56
Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Zalsburq”un hücumçusu Erlinq Holand qrup mərhələsinin 1-ci turunun ən yaxşısı olub. 19 yaşlı futbolçu səsvermədə Mark Andre Ter-Stegen ("Barselona"), Anxel Di Mariya (PSJ) və Mislav Orşiçi ("Dinamo" Zareb) qabaqlayıb.
Qeyd edək ki, Holand “Genk”lə matçda (6:2) het-trik edib.