Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Depressiyanın müalicəsində probiotiklər təyin ediləcək - Yenilik

Depressiyanın müalicəsində probiotiklər təyin ediləcək -  Yenilik

Tarix: 25 Iyun 2022 20:36

İnsanın psixi vəziyyəti, əhval-ruhiyyəsi ilə bağırsaq bakteriyaları arasında əlaqə tapılıb.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, İsveçrənin Bazel universitetinin psixiatriya şöbəsinin mütəxəssisləri depressiya xəstələrinin müalicəsinə yeni əlavələr irəli sürüb.

Onlar faydalı bakteriyalarla zəngin bioəlavələrin təyininin xəstələrin vəziyyətini yaxşılaşdırdığını bildirir.

Kiçik klinik eksperimentdə 47 depressiv xəstə üzərində probiotiklərin təsiri yoxlanılıb. Onlar antidepressantlarla yanaşı bir ay lakto və bifidobakteriyalar da qəbul ediblər.

Nəticələr göstərib ki, probiotik qəbul edən qrupda pasiyentlərin psixi vəziyyəti etməyənlərə nisbətən xeyli düzəlib.

Probiotik qəbul edən qrupun bağırsaq mikroflorasında pozitiv dəyişikliklər baş verib.

Bağırsaqlarda süd turşusu bakteriyaları nə qədər çox olarsa, psixi vəziyyət bir o qədər sürətlə dəyişir.

Alimlər depressiya xəstələrinə standart müalicə ilə yanaşı probiotiklər əlavə etməyi də tövsiyə edir.

Milli.Az


Etiketlər:  Depressiyanın müalicəsində probiotiklər təyin ediləcək Yenilik


RƏYLƏR