Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İndi şərtlər dəyişib, hazırda Ermənistanla...'' - Kalından kritik açıqlama

''İndi şərtlər dəyişib, hazırda Ermənistanla...'' - Kalından kritik açıqlama

Tarix: 26 Iyun 2022 23:34

Ermənistanla niyə 1992-ci ildə qapıları bağladıq? Qarabağın işğalına görə. İndi şərtlər dəyişib. Azərbaycan-Türkiyə bir araya gəldi, Qarabağ işğaldan azad olundu, Ermənistanla normallaşma prosesinə başladıq. Azərbaycan və Türkiyənin güc birliyi ilə problem həll olundu.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

"Hazırda Ermənistanla sürətli normallaşma prosesini yaşayırıq. Problemləri həll edərək irəli getmək lazımdır", - o bildirib.

Kalın Səudiyyə Ərəbistanı ilə son yaşananlara da toxunub: "Səudiyyə ilə 3 il ərzində əlaqə qurmadıq. Fələstin xalqına nə zaman hücum olsa, İsrailə səsimizi ucaltdıq və səfirimizi geri çağırdıq. Bütün situasiyalarda təməl prinsip haqq və hüquqa əməl etmək olub".


Etiketlər:  İndi şərtlər dəyişib hazırda Ermənistanla Kalından kritik açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ