Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2022 15:40
"Hamının həyatında enişlər, yoxuşlar olur. Təbii ki, mənim də həyatımda belə anlar olub. Mən dünənə qədər düşünürdüm ki, bu niyə mənim başıma gəlir? Mən axı nə etmişəm?! İşim güldürməkdir axı. "Bunlar mənim başıma gəlir" deyə yanaşma yalnışdır. "Başıma gələnlər mənə nə öyrətmək istəyir?" sualı doğrudur. Allah bizi böyütmək üçün o maneələri göstərir. Çünki hər yaşın öz baxış bucağı var".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktyor Fərda Xudaverdiyev deyib. O daha sonra müasir gülüşdən danışıb.
"Gülüşü ucuzlaşdırıblar, bu heç kimin yox, internetin günahıdır. Ucuz yumorun təbliğatından sonra gələn gənclər var. Bu gün kim nə bacarırsa onu da edir. O cür yumoru edən adama sən keyfiyyətli yumor danışsan o hələ ona çatmayacaq. Bəziləri var ki, yaxşı edir, gülürəm də. Mən ucuz gülüşü qəbul etmirəm, ara-sıra görəndə də məsləhət verirəm. Hər zaman toxunduğum mövzuların məntiqi əsasını göstərirəm. Filan şeyi niyə görə etdim? Bax onun cavabını verirəm. Mən boşu-boşuna populyar olmamışam. Bundan sonra milyon platforma da çıxsa Fərda yenə də Fərdadır. Stendap şoularda səhnədə 2 saat tək oluram. Bəzən deyirlər ki, "adamın işi güldürməkdir də". Bu məsuliyyəti təkbaşına səhnəyə daşıyıram, təbii ki, asan deyil. Bəzən özləri uğur qazanmır, amma uğur qazanan insanların arxasınca danışırlar. Paxıllıq edən insanlara demək istəyirəm ki, "öz işinizlə məşğul olun" deyə o bildirib.
Fərda Xudaverdiyev övladlarından da danışıb:
"4 övladım var, Allah hamının balasını saxlasın, mənimkilər də onların içində. Vaxtla bağlı problemlərim olur, onlara istədiyim vaxtı ayıra bilmirəm. Ona görə mən bir o qədər də bu baxımdan ideal ata sayılmıram" deyə aktyor bildirib.